ABŞ SEPAH-ın Suriyadakı obyektlərini vurub  
    
                         
     
                         24.08.2022
 
    
                        ABŞ ordusu Suriyanın Deyr əz-Zor şəhərində SEPAH-a bağlı qruplar istifadə etdiyi infrastruktur obyektlərini vurub.
"DM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Açıqlamada əməliyyatın müdafiə xarakteri daşıdığını və avqustun 15-də ABŞ əsgərinə qarşı edilən təzyiqlərə cavab olduğu bildirilib.
Əməliyyat əmri Prezident Co Bayden tərəfindən verilib.