28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya və İran XİN başçıları görüşəcək

23.08.2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşəcək.

"DM"-nın məlumatına görə, bu barədə Lavrov suriyalı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"İyulun 19-da Tehranda keçirilən sammitdə üç prezidentin birgə bəyanatı qəbul edildi. Təbii ki, biz liderlərimizin razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün zəruri olan əməli addımlara diqqət yetiririk. Bu mövzu, təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya son səfəri zamanı RF Prezidenti ilə ətraflı danışıqlar apararkən əsas mövzulardan biri idi. Eyni mövzu mənim İranın xarici işlər naziri ilə yaxın gələcəkdə gözlənilən növbəti görüşümdə də əsas mövzulardan biri olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.