27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin vəzifələri artırılıb

23.08.2022

Prezident İlham Əliyev "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakı şəhəri ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də yol və mühəndis-kommunikasiya xətləri üçün trasları müəyyən etmək, səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq vəzifələri verilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.