28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində meşə yanğınları 32 milyon əhalinin yerləşdiyi əraziyə çatıb - VİDEO

23.08.2022

Çində həftələrdir təsirli olan isti hava dalğası meşə yanğınlarına səbəb olub.

Avqustun 18-də ölkənin cənub-qərbində yerləşən Çonqinq şəhərində meşə və dağlıq ərazidə baş verən yanğın qısa zamanda geniş əraziyə yayılıb.

Tüstü təxminən 32 milyon insanın yaşadığı şəhərin mərkəzinə çatıb. Bələdiyyə rəsmiləri tərəfindən verilən açıqlamada yanğının nəzarət altına alındığı, tələfat olmadığı bildirilib.

Yanğınsöndürən, polis və könüllülərdən ibarət beş min nəfərlik qrup və yeddi helikopter hadisəyə müdaxilə edib, 1500 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Bu gündən etibarən şəhərin bütün rayonlarında meşələrdə yanğınlar və yanğına səbəb ola biləcək bütün fəaliyyətlər qadağan edilib.


Mənbə: İHA