28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran nüvə sazişinin bərpası üçün əsas tələbindən imtina edir

23.08.2022

İran Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası çərçivəsində bir sıra əsas tələblərdən, xüsusən də bir sıra obyektlərdə uran izlərinin mənşəyi ilə bağlı beynəlxalq araşdırmanın bağlanması tələbindən imtina edib.

Bu barədə "Reuters” adı çəkilməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

"Onlar razılaşmaya mane olan əsas iddiadan ötən həftə əl çəkdilər. Düşünürük ki, onlar nəhayət Rubikonu keçərək ABŞ Prezidenti Co Bayden üçün məqbul şərtlərlə mümkün razılaşmaya doğru addım atdılar. Əgər biz yaxınlaşa bilmişiksə, bu, İranın atdığı addım sayəsindədir. Onlar lap əvvəldən bərk yapışdıqları məsələlərdə güzəştə getdilər”, - deyə mənbə bildirib.

Vaşinqton hələ də İranın cavabını öyrənir.

"Əgər razılaşma uğur qazanarsa, biz bir sıra sanksiyaları ləğv edəcəyik, lakin İran nüvə proqramını məhdudlaşdırmalıdır”, - deyə mənbə bildirib.