29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu Ukrayna və Rusiyanın mövqelərini uzaqlaşdıran səbəbi açıqlayıb

23.08.2022

"İstanbul görüşündən sonra biz Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunacağına ümidli idik, çünki tərəflərin mövqeləri yaxınlaşmışdı".

"DM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global"a müsahibəsində deyib.

"Lakin İrpindən, Buçadan kütləvi qətllərlə bağlı görüntülər gəldikdən sonra tərəflər masadan uzaqlaşdılar, bu danışıqlarda qırılma nöqtəsi idi", Çavuşoğlu bildirib.

Çavuşoğlu vurğulayıb ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə ən güclü dəstək verən ölkələrdən biridir, digər tərəfdən Ankaranın hər iki tərəflə - Ukrayna və Rusiya ilə yaxın əlaqləri var: "Biz bunu atəşkəsin əldə olunması üçün istifadə etməyə çalışırıq".

Çavuşoğlu deyib ki, NATO-ya üzv bəzi Qərb ölkələri müharibənin davam etməsini istəyir. "Hətta taxıl anlaşmasını sabotaj etmək istəyən ölkələr var idi. Bu, ABŞ deyildi, Avropadan olan böyük ölkələr idi. BMT Baş katibi də bunu bilir."

Türkiyə XİN rəhbəri Rusiya, Ukrayna, Türkiyə və BMT-nin imzaladığı taxıl anlaşmasının reallaşmasını etimadı artıran addım adlandırıb. Lakin XİN rəhbəri əlavə edib ki, hazırda sülh asan deyil.

"Ukrayna üçün bu asan deyil, çünki o torpaqları işğal olunan bir ölkədir. Atəşkəs əldə olunarsa sonrakı vəziyyət vacibdir. Ancaq biz ümidimizi itirməmişik, səylərimizi davam etdiririk. Soçi və Tehran görüşlərində Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Putinə tez zamanda atəşkəsinin əldə olunmasını vacib olduğu deyib, həmçinin Prezident Zelenski ilə görüşdə də atəşkəsin vacibliyi vurğulayıb. Əgər iki lider də istəyərsə, biz onların görüşünü də təşkil etməyə hazırıq".