29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

23.08.2022

Milli Hidrometeorologiya Xidmətindən "DM" verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.