29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstintaq: Duqinanın maşını uzaqdan partladılıb

22.08.2022

Rusiyalı müstəntiqlər hesab edir ki, Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobil uzaqdan idarəetmə ilə partladılıb.

"DM" xəbər verir ki, bu barədə TASS Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

"Müəyyən edilib ki, Duqinanın avtomobilindəki bomba uzaqdan işə salınıb. Ehtimal olunur ki, avtomobilə və onun hərəkətinə nəzarət edilib. Duqinanın getdiyi avtomobili şəxsi telefonları olan insanlar izləyib. İstintaq avtomobildəki partlayıcı qurğunun bu telefonlardan birindən gələn zəngdən sonra işə düşməsi versiyasını nəzərdən keçirir", - məlumatda deyilib.