29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donald Trampın var-dövləti AZALIR

03.10.2018

Donald Tramp ABŞ-ın ən zəngin 400 adamı reytinqindən çıxmaq üzrədir
ABŞ Prezidenti Donald Trampın var-dövləti 3,1 milyard dollaradək azalıb və bunun nəticəsində o, "Forbes 400"ün versiyasına görə, ABŞ-ın ən zəngin 400 adamı reytinqində 138 pillə geriləyib.
Xatırladaq ki, 2015-ci ildə D.Trampın var-dövləti 4,5 milyard dollar civarında qiymətləndirilib. Başqa sözlə, bu müddətdə o, milyard dollardan çox itirib.Qeyd edək ki  "Forbes 400"ün tam reytinqi bu gün açıqlanacaq. 2017-ci ilin analoji reytinqində D.Tramp 248-ci sırada qərarlaşıb."Forbes" nəşrinin məlumatına görə, D.Trampın var-dövlətinin azalmasına səbəb olan amillər arasında siyasi və biznes amillərinin vəhdətinin olduğu qeyd edilir. Eyni zamanda mətbuatda Prezidentə qarşı mənfi münasibətin olduğu da vurğulanır. Bundan başqa, nəşr D.Trampın kommersiya daşınmaz əmlakına etdiyi investisiyaların da təzyiq altında qaldığını bildirib.