29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəkidə meşədə yanğın başlayıb

22.08.2022

Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahə yanır.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb: "Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edir”.

İ.İbrahimova vətəndaşlara bir daha müraciət edərək meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq təbiət ərazilərində istirahət edən hər kəsi ehtiyatlı və diqqətli olmağa, məsuliyyəti hiss etməyə çağırıb.