29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bolqarıstan qaz tədarükünün artırılması üçün Azərbaycanla danışıqları yeniləyir

22.08.2022

"Bolqarıstan hökuməti qaz tədarükünün artırılması üçün Azərbaycanla danışıqları yeniləyir".

"DM" "novinite.com"a istinadən xəbər verir ki, bunu Bolqarıstanın enerji naziri Rozen Xristov bildirib.

"Biz həcmin artırılması ilə bağlı, həmçinin qiymətlə bağlı razılaşma üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmi artırmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik. Onların qeyd-şərtləri var, məsələ yenə qiymətlə bağlıdır. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik buna görə də bazar ertəsindən (bu gün) danışıqlara başlayacağıq”, - deyə Xristov bildirib.

O qeyd edib ki, nazirlik qışda istehlakı ödəmək üçün qazın həcminin artırmaqla bağlı axtarışa davam edəcək: "Bundan sonra biz səylərimizi ortamüddətli müqavilələrin imzalanmasına yönəldəcəyik ki, boru kəməri ilə qazın rəqabətədavamlı qiymətlərlə sistematik tədarükünü təmin edək. Hazırda həcm bizi o qədər də narahat etmir, qaz təchizatı təkliflərimiz var, bizi ən çox maraqlandıran və narahat edən qiymət və bazarın sistematik olaraq qiymət artımına meylli olmasıdır”.