25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Zəngilandakı tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib

22.08.2022

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndində ilk istehsal müəssisəsi – "Gillmed” tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, KOBİA-nın dəstəyilə yaradılmış fabrik işçi sayını 50-yə çatdırmağı, istehsalı artırmağı hədəfləyir.

Xatırladaq ki, fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunur.