Qarabağda daha 562 mina aşkarlanıb 
    
                          
     
                         22.08.2022
 
    
                        Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan  verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina və 125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 562 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.