28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İmran Xana qarşı cinayət işi açılıb

22.08.2022

Pakistanın keçmiş baş naziri İmran Xan terrorizmdə ittiham edilib. Ona qarşı polisə və məhkəməyə qarşı təhdidlərə görə Terrorla Mübarizə Qanununun 7-ci maddəsinə əsasən iş açılıb.

İttihamlar etimadsızlıq səsverməsi ilə hakimiyyətdən uzaqlaşdırılan siyasətçinin paytaxtda keçirilən mitinqdə çıxışı zamanı ən yaxın köməkçilərindən birinin bu yaxınlarda həbs olunmasını pisləməsindən sonra irəli sürülüb. Xan məhbusun işgəncələrə məruz qaldığını deyərək polisi və hakimi məhkəməyə verəcəyini vəd edib.

"Biz sizə aman verməyəcəyik”, - deyə sabiq baş nazir hüquq-mühafizə orqanlarına bəyan edib.

Polisin hesabatında deyilir ki, siyasətçinin şərhləri ölkənin məhkəmə və polisini qorxutmaq üçün məqsədyönlü və qanunsuz cəhddir.

"İmran Xanın çıxış tərzi və etdiyi təhdidlər polis, ədliyyə və sadə insanlar arasında qorxu və çaşqınlıq yaradıb, ölkədə əmin-amanlığa xələl gətirib”, - deyə hesabatda bildirilib.

Bundan əvvəl bildirilmişdi ki, Pakistan Media Nəzarət Xidməti telekanallara keçmiş baş nazirin çıxışlarını canlı yayımlamağı qadağan edib.

Mənbə: Urdu Alarabiya