29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəmizdəki epidemiya qrip virusu deyil

03.10.2018

Son günlər ölkəmizdə burun axması, boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb. Mütəxəssislərin rəyinə görə xəstəlik qripə bənzəsə də, qrip virusu deyil.
Respublikanın baş infeksionisti Cəlal İsayev həmin virusun yayılmasının havanın dəyişkənliyi ilə bağlı olduğunu deyib: "Qrip virusları zamanı xəstəlik adətən daha ağır keçir, ilk günlər intoksikasiya əlamətləri olur, sonradan zökəm əlamətləri də qoşulur. Bu xəstəlikdə isə zökəmlə intoksikasiya əlamətləri eyni vaxtda başlayır və ağırlığı ilə nəzərə çarpmır”.
Həkim-infeksionistin verdiyi məlumata görə, virusla əlaqədar hələlik müalicə müəssisələrinə müraciət edən olmayıb. Xəstəlik yüngül keçdiyi üçün virusa yoluxanlar ev şəraitində müalicə olunaraq 2-3 günə sağalırlar. O, bu cür infeksiyalara yoluxmamaq üçün güclü immunitetə malik olmağın vacibliyini bildirib: "Bu isə daha çox qidalanmadan asılıdır. Orqanizmə daxil olan hər virus xəstəlik törətmir və burada hər kəsin fərdi xüsusiyyəti əsas rol oynayır. Daha çox zəif immunitetə malik olanlar belə viruslar zamanı daha tez xəstəliyə yoluxurlar”.