28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbçilərimiz İranda növbəti tapşırıqları icra edib

22.08.2022

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Snayper həddi” müsabiqəsində iştirak edən komandalar ikinci mərhələnin növbəti çalışmalarını yerinə yetiriblər.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq snayper cütlükləri əvvəlcə 25 metrədək məsafədə yerləşən hədəflərə tapançadan, daha sonra 800 metr məsafədə yerləşən xüsusi hədəflərə snayper tüfənglərindən atəş açıblar.

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən müsabiqədə növbəti çalışma zamanı hərbi qulluqçularımız 200-300 metr məsafədə yerləşən üç hədəfi məhv edərək qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.