29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Ulu öndər hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi"

03.10.2018

Ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçilməklə hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi.
"Dövran Media" bildirir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında komitənin sədri, parlamentin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova qeyd edib ki, oktyabrın 3-də ümummilli lider Heydər Əliyev birbaşa seçki vasitəsilə Azərbaycan seçicilərinin 98%-nin səsini, etimadını qazandı, rəsmən Azərbaycan Respublikasının Prezidenti oldu.
B.Muradova bildirib ki, ulu öndər Heydər Əliyev prezident seçilməklə Azərbaycan dövlətini inkişaf etdirmək və hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etmək üçün çox böyük bir vəzifəyə rəsmən başladı:
"Həmin vaxtdan da Azərbaycanda böyük inkişaf, dirçəliş mərhələsi başladı. Bu, Azərbaycanın siyasi tarixində çox əlamətdar günlərdən biridir".