30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Ərdoğandan nə xahiş edib?

19.08.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb.

"DM" xəbər verir ki, bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan Zaporojyenin təsadüfi məsələ olmadığını vurğulayıb:

"Hazırda ərazidə ukraynalı mütəxəssisləri var. Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. "Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə danışacam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır”.