01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan BMT-nin bacarmadığını təkbaşına edir

19.08.2022

Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri ilə Türkiyənin bu ölkədəki təsirini gücləndirmək istəyir.

"DM" xəbər verir ki, bu barədə "İndependent” nəşri yazır.

Bildirilir ki, Qərb Türkiyənin Rusiya ilə münasibətləri gücləndirmək səylərindən dolayı gərgindir. Buna baxmayaraq, Ukrayna Ərdoğanın danışıqlardakı önəmli rolunu yüksək qiymətləndirir.

Ukraynalı ekspert Mixail Botsyurkivin sözlərinə görə, Ərdoğan dünya liderləri ilə danışmaq bacarığına malik regional dövlətin rəhbəridir:

"O, coğrafi, diplomatik və strateji baxımdan unikal mövqedədir. Ərdoğan BMT Baş katibinin belə oynaya bilməyəcəyini düşündüyüm bir rolu oynayır”.