30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada vəfat edən qazimizin nəşi vətənə gətirilib

18.08.2022

Rusiyada vəfat edən Vətən müharibəsi qazisi Elşən Etibar oğlu Həsənovun nəşi artıq vətənə gətirilib.

Bu barədə qazinin atası Etibar Həsənov məlumat verib.

O bildirib ki, E. Həsənov doğulduğu Ağcabədi rayonu Qiyaməddinli kəndində dəfn olunacaq:

"Hələ hava limanındadırlar. Dövlət tərəfindən təşkil olunan təcili tibbi yardım avtomobili ilə birbaşa evə gətirəcəklər”, - Etibar Həsənov deyib.

Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki özəl klinikalardan birində müalicə alırdı. Qazi avqustun 15-də Sankt-Peterburqda müalicə aldığı xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!