03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna ruslara qarşı bu raketdən istifadə edir

18.08.2022

Ukrayna Rusiyaya qarşı müharibədə AGM-88 HARM yüksək sürətli anti-radar raketlərindən istifadə etməyə başlayıb.

"DM" xəbər verir ki, bu barədə "Biznes İnsayder” məlumat yayıb.

"Belə raketlərin olması artıq Rusiya hava hücumundan müdafiə radarlarının işini çətinləşdirir. Həmçinin Ukrayna artilleriyası və RYAS-larını aşkar etmək üçün istifadə edilən əks-batareya radarlarına ciddi problem yaradır”, - məlumatda deyilib.

Qeyd olunur ki, bir müddət öncə də ABŞ-ın Ukraynaya AGM-88 HARM anti-radar raketlərini verdiyi ilə bağlı məlumat yayılsa da, rəsmi qurumlar bunu təkzib etmişdilər. Lakin rusiyalı bloqerlərin bu raketlərin fraqmentlərinin aşkarlanması barədə məlumatından sonra HARM-ların Ukraynaya ötürülməsini təsdiqləyib