03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni kvadrokopterini ələ keçirən hərbçimiz DANIŞIB - VİDEO

18.08.2022

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter aşkar edilib və xüsusi üsulla endirilərək ələ keçirilib.

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır.

Nazirliyin yayımladığı videoda erməni kvadrokopterini aşkarlayaraq ələ keçirən ordumuzun kiçik çavuşu Əbülfəz Əhmədi hadisə barədə danışıb.

Həmin görüntüləri təqdim edirik: