28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TÜRKSOY-la Macar Turan Fondu protokol imzalayıb

17.08.2022

Macarıstanda keçirilən VII Hun-Türk Qurultayı başa çatdı. Bir həftə ərzində bütün türk dünyasından nümayəndələrin bir araya gəldiyi bu toplantı əvvəlki qurultaylardan iştirakçıların sayına və təmsil olunan qrupların iştirak səviyyəsinə görə də fərqlənirdi.

"DM" xəbər verir ki, Türk PA, TÜRKSOY, Türk Akademiyası kimi qurumların rəhbərlərinin bütün tədbirlərdə yüksək səviyyədə iştirakı tədbirin önəmini daha da artırır, Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin bu qurultaya nə qədər dəstək verdiyini əks etdirirdi.

Qurultayın sonunda TÜRKSOY-un baş katibi Sultan Raev və Macar Turan Fondu sədri Andras Biro arasında strateji əməkdaşlıq haqqında bağlanan protokol isə gələcək qurultayların daha geniş və təminatlı şəkildə həyata keçiriləcəyinə bir işarədir.

TÜRKSOY-un baş katibi Sultan Raev bağlanan protokolun önəmini vurğulayaraq bildirdi ki, bundan sonra Macar Turan Fondu ilə bütün layihələr strateji ortaqlıq və birgə mədəni fəaliyyətlər əsasında həyata keçiriləcək.

Macar Turan Fondunun sədri Andras Biro da TÜRKSOY-la əməkdaşlığı yüksək qiymətləndirərək qeyd etdi ki, Avropada hunların törəmələri olaraq bilinən macar xalqı öz qardaş türk dövlətləri və topluluqları ilə əməkdaşlığı olduqca vacib hesab edir və bütün sahələrdə bu əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Qeyd edək ki, 2008-ci ildən, iki ildən bir olmaqla Macarstanın Buğac bölgəsində Hun-Türk Qurultayı keçirilir. Dünyada baş verən pandemiya səbəbindən VII Qurultay dörd ildən sonra baş tutmuşdur.