28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda yenə bomba həyəcanı: Bu dəfə aeroportda və dəmiryolu vağzalında

17.08.2022

Ermənistanın "Şirak” hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə xəbər yayılıb.

Bununla bağlı respublikanın Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bundan sonra sərnişinlər, işçilər hava limanından, həmçinin dəmiryol vağzalından təxliyə ediliblər, ərazilərə istehkamçılar və kinoloqlar cəlb olunublar.

O da qeyd olunur ki, bu gün və sabah Şirak hava limanında uçuş və eniş nəzərdə tutulmayıb.

Xatırladaq ki, dünən də İrəvanın "Zvartnots” hava limanına və Ermənistan payxatındakı metro stansiyalarına bomba qoyulması barədə məlumatlar yayılmışdı.

Mənbə: News.am