25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Estoniya Rusiya ilə quru sərhədini bağlayıb

16.08.2022

Estoniya ilə Rusiya Federasiyası arasında Narva-İvanqorod keçid məntəqəsində sərhəd bağlanıb.

Bunun Estoniyanın Narva şəhərində T-34 memorial tankının və digər sovet abidələrinin sökülməsi ilə əlaqədar olduğu ehtimal edilir.

"Şahidlərin sözlərinə görə, Estoniya sərhədçiləri artıq bir neçə saatdır Rusiya Federasiyasından gələn insanları, o cümlədən Estoniya sakinlərini ölkə ərazisinə buraxmırlar. Sərhədin nə vaxt açılacağı ilə bağlı hələlik məlumat yoxdur”, - deyə yayılan məlumatda bildirilir.

ERR dövlət yayım portalında qeyd edilir ki, tankın abidəsi artıq postamentdən götürülüb və Tallinə doğru hərəkət edən hərbi treylerə yüklənib.

Mənbə: MK.ru