06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

150-200 bal toplayanların seçə biləcəkləri ixtisaslar açıqlanıb

16.08.2022

150-200 bal arasında nəticə göstərmiş şəxslərin seçə biləcəkləri ixtisaslar açıqlanıb.

"DM" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, bunlar meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu, daşınmaz əmlakın kadastrı, zoo mühəndislik kimi ixtisaslardır:

"Kənd təsərrüfatı yönümlü ixtisasları seçənlər də dövlət sifarişli yerlərdə oxuya biləcəklər. Bu ixtisaslara elə də çox maraq yoxdur. Lakin bunlar ölkə üçün çox vacib ixtisaslardır".