29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Varşavada polis etiraz aksiyası keçirir - SƏBƏB

02.10.2018

"Dövran Media" xəbər verir ki, polis əməkdaşları maaşlarının artırılmasını, pensiya təminatı sisteminə dəyişiklik edilməsini tələb edirlər.
İş vaxtından da artıq çalışdığını deyən polislər "Bayramlarda da gecə-gündüz iş, hökumətdən isə heç bir kömək yoxdur", "Bizi dilənçi kökünə salmayın!" kimi şüarlar səsləndiriblər.
Varşavada toplaşan minlərlə polisə xilasedicilər də qoşulub.
Xatırladaq ki, polis əməkdaşları bundan əvvəl etiraz əlaməti olaraq qaydanı pozan sürücüləri ən yumşaq şəkildə cəzalandırırdılar. Onlar düşünürdülər ki, bu halda büdcəyə az pul daxil olacaq.