03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şabranda meşə yanğını evə keçib, 3 ev yanır

15.08.2022

Şabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə keçib.

"DM"-nın Şimal bürosu xəbər verirki, rayonun Dağ Bilici kəndində otlaq sahədən başlayan yanğın meşə ərazisinə keçib. Daha sonra yanğının miqyası genişlənərək sözügedən kəndin fərdi yaşayış evləri yanmağa başlayıb. İlkin məlumata görə, kənd ərazisində üç fərdi yaşayış evi yanır.

Sakinlər bildiriblər ki, meşə massivində yanğının genişlənməsi ətraf kəndlərin sakinləri üçün təhlükə yaradıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır