02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda yağan güclü yağış fəsadlar törədib

15.08.2022

İstanbulda səhər saatlarından güclü yağış başlayıb.

"DM"-nın  verdiyi xəbərə görə, İstanbulun hər yerində yağan yağış, bəzi hallarda selə çevrilib, şəhər sakinlərinin gündəlik həyatına mənfi təsir göstərib.

Belə ki, vətəndaşlar yollarda avtomobillərində qalıb, küçələrdə piyadaların hərəkəti məhdudlaşdırılıb. Ümraniye rayonunda isə 9 avtomobilin qarışdığı zəncirvari yol qəzasında yaralanan 2 nəfər xəstəxanaya aparılıb.

Bundan əlavə, şiddətli yağış səbəbindən Fatehdəki tarixi Kapalı çarşının bəzi hissələrini su basıb.

İstanbulun Anadolu hissəsindən (qitəsi) başlayan yağışın günün sonunadək davam edəcəyi gözlənilir.