03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlik buğda istehsalçılarına müraciət edib

12.08.2022

Kənd Təsərrüfatı Nazirliyi "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanının icrası - buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılması üçün fermerlərə müraciət edib.

"DM" müraciətin mətnini təqdim edir:

Fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.

Sahəsi 50 hektardan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və yaxud qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün nazirliyə müraciət edə bilərlər.

Qeyd olunan göstəricilərə malik və ərzaqlıq buğda istehsalı proqramına qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini dolduraraq [email protected] e-mail ünvanına göndərməlidirlər.

Əlaqələndirici şəxs: Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin məsləhətçisi Sima Məmmədovadır.


Telefon.: (077) 299 23 63)