03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çindən gətirilən pestisidin istifadəsinə icazə verilməyib

12.08.2022

Fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kq "TİTAN 350 SC” adlı pestisid məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib.

AQTA-dan verilən məlumata görə, aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib.

Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Qeyd edək ki, AQTA saxta və keyfiyyətsiz pestisid və aqrokimyəvi maddələrin dövriyyəyə çıxarılması ilə bağlı nəzarət tədbirlərini gücləndirib. Sahibkarlıq subyektləri tərəfindən saxta məhsulların təsərrüfatlarda istifadəsi yolverilməzdir.