02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MİT Suriyada PKK/YPG-nin qondarma əyalət zabitini zərərsizləşdirib - FOTO

12.08.2022

Türkiyə Silahlı Qüvvələrinə qarşı hücumların sifarişini verən terrorçu, İran əsilli "Rezan Cavit” ləqəbli Yusif Mehmud Rəbani zərərsizləşdirilib.

Rəbaninin PKK-nın qondarma "Haftanin əyalət başçısı” olduğu vaxt Suriyada olduğu müəyyən edilib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Qamışlıda keçirdiyi əməliyyatla terror təşkilatı PKK/YPG-nin "Amude-Dərbəsiyə vilayəti”nin əsas siması Yusif Mehmud Rebanini və digər məsul şəxslərindən olan terrorçu "Ruhaz Amude” ləqəbli Mazlum Esatı zərərsizləşdirib.

Əməliyyatda iştirak edən qrup Türkiyəyə qayıdıb.

1990-cı illərdə PKK-ya qoşulan terrorçu Rəbaninin 2010-cu ildə təşkilatın İran qolu PJAK-ın ən yüksək icra orqanı adlanan "Koordinasiya Komitəsi”ndə məsul vəzifədə çalışdığı müəyyən edilib.

Təşkilatın 2014-cü ildə İraqın Qəndil bölgəsində keçirdiyi konfransdan sonra qondarma "Şərqi Kürdüstan Demokratik və Azadlıq Konqresi”nin qurucu həmsədri seçilən Rəbani PKK-nın silahlı qanadı HPG Hərbi Şurasının qurucu üzvlərindən olub.