03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dini ekstremizmlə mübarizə ilə bağlı videoçarx hazırlanıb - VİDEO

12.08.2022

Baş Prokurorluq dini ekstremist fəaliyyətlə mübarizə ilə bağlı videoçarx hazırlayıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videoda qeyd olunub ki, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi olan dini fanatizm - dini ekstremizmin ideoloji əsaslarını təşkil edir:

"Dini radikalizm – hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışdır.

Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər”.

Sözügedən videoçarxı təqdim edirik: