17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir - FOTO

11.08.2022

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində "Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımız beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər.
Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.

Qeyd edək ki, "Tank biatlonu” müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də başlayacaqlar.