09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən çox saxtalaşdırılan pul nişanları hansılardır?

02.10.2018

Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları açıqlanıb.
Trend-in Mərkəzi Bankın elektron xidmətlər portalına istinadən verdiyi məlumata görə, ölkədə daha çox 5 manatlıq əsginaslar saxtalaşdırılır – 32 faiz.
Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əsginaslar tutur.
100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq – 7 faiz, 50 manatlıq əsginasların payına isə 6 faizi düşür.
Bu yaxınlarda buraxılmış 200 manatlıq əsginasların saxtalaşdırılması hallarına rast gəlinməyib.