Ponomaryov: Rusiyadan ilk bu ərazilər ayrılacaq  
    
                          
     
                         10.08.2022
 
    
                        Rusiyanın bəzi regionları gələcəkdə onun tərkibindən ayrıla bilər. Və bundan sonra Rusiyanın özü də mövcud olmayacaq.
"DM" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.
"Çeçenistan və Dağıstan ilk olaraq ayrılacaq. Tatarıstanda ciddi separatçı əhval-ruhiyyə var. Problem ondadır ki, o, Rusiyanın digər əraziləri ilə əhatə olunub və onun müstəqilliyi yalnız dövlətin tam dağılması ilə mümkündür. Putinizmin süqutundan sonra Rusiya vahid ərazi olaraq qalacaq. O, Rusiya Respublikası ola bilər, amma bu gün tanıdığımız Rusiya Federasiyası yox".