09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bahar Muradova: “Fazil Mustafanın dedikləri yanlışdır”

01.10.2018

Milli Məclis sədrinin müavini Bahar Muradova deputat Fazil Mustafanın "Azərbaycan universitetləri yaxşı mütəxəssis yetişdirmir” fikrinə münasibət bildirib. 
"Dövran Media" məlumatına görə, parlamentin bu gün keçirilən iclasında çıxış edən B.Muradova F.Mustafının dediklərinin yalnış olduğunu qeyd edib. 
Onun sözlərinə görə, təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi. 
"Hesab edirəm ki, həm sovet, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrində  nüfuz sahibi olan şəxslər var. Belə çıxır ki, Azərbaycandan xaricə təhsil almaq üçün gedənlər daha gəlməsinlər, elə orada qalsınlar? Ona görə də Fazil Mustafanın dedikləri yanlışdır”.