26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub

10.08.2022

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki nəfərin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Xidmət müraciətində hər iki sahibkarın, Yusif Saim oğlu Mahmudov və Pərvin Rahib qızı Həşimovanın dövlətə borcu olduğunu, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini bildirib.

Hakim Nərmin Əhmədovanın sədrliyi ilə baş tutan prosesdə ərizə təmin olunub.

Yusif Mahmudov və Pərvin Həşimovanın ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.