23 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Peyvəndləmədə yeni mərhələ: “BioNTech”dən AÇIQLAMA

09.08.2022

İki ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi "Omikron” ştammının altvariantları BA.4 və BA.5 üçün həyəcan təbili çalır.

Almaniyada fəaliyyət göstərən türkiyəli professorlar Özlem Türeci və Uğur Şahinin qurucusu olduqları "BioNTech” şirkəti yeni variantlara qarşı növbəti peyvəndlərin anonsunu verib.

"Financial Times”da çıxan xəbərə görə, şirkət "uzunmüddətli və əhatəli qorunma” təmin etmək üçün hazırlanmış koronavirus peyvəndinin hazırkı versiyasının klinik sınaqlarına başlayacağını açıqlayıb. Testlərin bu ay başlaması gözlənilir.

Sözügedən peyvəndin "Omikron”un BA.4 və BA.5 kimi yeni variantlarına qarşı hazırlandığı vurğulanıb.

Eyni açıqlamada peyvəndin bu il satışa çıxarılmasının gözlənildiyi də bildirilib. Britaniya qəzeti yazıb ki, şirkət lazımi razılıqları alarsa, peyvəndin paylanması oktyabrda başlaya bilər