27 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

" Qələbələrimiz çempionatlarda adi hala çevrilib"

09.08.2022

Mən Konya hava limanından dərhal sizinlə görüşə gəlmişəm. Bu bir ənənədir, hər dəfə beynəlxalq mötəbər yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.

"DM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.

"Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləyib. Və Azərbaycan güclü idman ölkəsi kimi bu gün dünyada tanınır və bizim qələbələrimiz həm olimpiya, dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Və Azərbaycan azarkeşləri də buna bir növ öyrəşiblər”, - dövlət başçısı qeyd edib.