29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna rus neftinin nəqlini dayandırıb

09.08.2022

Avqustun 4-dən etibarən Ukraynanın "Ukrtransnafta” şirkəti Rusiya neftinin "Drujba” neft kəməri vasitəsilə Macarıstan, Çexiya və Slovakiyaya nəqlini dayandırıb. Çünki Rusiya tərəfi Aİ sanksiyaları səbəbindən tranzit üçün ödəniş edə bilmir.

"DM" xəbər verir ki, bunu Rusiyanın "Transneft” şirkətinin prezidentinin müşaviri İqor Demin deyib.

"Ukrayna tərəfi 100% ilkin ödəniş şərtləri ilə neft nəqli xidmətləri göstərir. Lakin Ukrayna ərazisindən tranzit üçün ödəniş edərkən, vəsait "Transneft”in hesabına qaytarılıb. Ödənişləri həyata keçirən "Qazprombank" bizə ödənişin Aİ qaydalarının, yəni yeddinci sanksiyalar paketinin tətbiqi ilə əlaqədar geri qaytarıldığını bildirdi”, - Demin bildirib.