29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalıların Fransada Vensen qəsrinə girişi qadağan olunub

09.08.2022

Rusiyalılar Paris yaxınlığında yerləşən Vensen qəsrini ziyarət edə bilməyəcəklər.

Rusiya vətəndaşlarına qoyulan bu qadağanın Ukraynada aparılan müharibə ilə bağlı olduğu iddia edilir.

Bildirilir ki, qəsrin binasında Fransa Silahlı Qüvvələri Nazirliyinin tarixi xidmət mərkəzlərindən biri yerləşir. Həmçinin idarənin arxivinin də burada toplandığı qeyd edilir.

Qəsrə girişlə bağlı istisnalar yalnız xidməti vəzifələrini yerinə yetirən jurnalistlərə şamil edilir. Mətbuat nümayəndələri xüsusi müraciət əsasında qəsri ziyarət edə bilərlər.

Mənbə: Gazeta.ru