29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması protokollarını imzalayacaq

09.08.2022

ABŞ Prezidenti Co Bayden bu gün İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

Bu barədə dövlət başçısının iş cədvəlində deyilir. Cədvəli Ağ Ev yayımlayıb.

"Günortadan sonra prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə cədvəldə qeyd edilir.

Ağ Evdəki mərasimdə həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edəcək.

Mənbə: TASS