30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir polkovnik-leytenanta yeni vəzifə verib

09.08.2022

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"DM"-nın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Əməliyyat işləri üzrə rəis müavini polkovnik-leytenant Vüsal Mirzəzadə vəzifəsindən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Şəxsi heyətlə iş üzrə rəis köməkçisi təyin olunub.

Onun yerinə Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə isə polis mayoru Nəsirəddin Orucov təyinat alıb.