09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pensiya yaşı 95-dək artırılacaq - Malaziyada

01.10.2018

Malayziyanın 93 yaşlı Baş naziri Mahathir Məhəmməd zarafatla bildirib ki, ölkədə pensiya yaşı 95-dək artırılacaq. 
O, Londonda həmvətənləri ilə görüşündə deyib ki, Malayziyada pensiyaya çıxma yaşı artıq 95-dir. Ümid edirəm ki, pensiya yaşıma çatacağam. Auditoriya onun çıxışını gülüşlə qarşılayıb. Bununla belə, M.Məhəmməd uzun müddət kürsüdə qalmaq istəmədiyini vurğulayıb: "Belə aktiv qalmağıma iş kömək edir. Xəstəlik öldürür, amma iş öldürmür. Təkcə əzələləri deyil, beyni də məşq elətdirmək lazımdır".
Qeyd edək ki, Malayziyada pensiya yaşı 60-dır, lakin ekspertlər səviyyəsində bu həddin 62 yaşadək artırılması imkanları müzakirə olunur.
Xatırladaq ki, M.Məhəmməd 2018-ci il mayın 9-da keçirilən seçkilər nəticəsində Malayziyada hakimiyyətə gəlib. Onun rəhbərlik etdiyi "Barisan Nasional" (Milli Cəbhə) koalisiyası Malayziya Böyük Britaniyadan ayrılıb müstəqil olandan düz 60 il ölkəni idarə edib. M.Məhəmməd bundan əvvəl də – 1981-ci ildən 2003-cü ilədək Baş nazir vəzifəsində çalışıb. Bir çoxları ölkənin çiçəklənməsini onun hakimiyyət dövrü ilə əlaqələndirirlər.