09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hər ailənin öz həkimi

01.10.2018

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ailə institutunun yaradılmasının bu il ərzində real görünməsə də, yaxın bir-iki il ərzində gerçəkləşməsinin mümkün olduğunu bildirib: 
"Ailə həkimi, ilk növbədə, kənd və rayon yerlərində yaşayan əhaliyə ilkin tibbi yardım göstərmək, tibbi maarifləndirmə işi aparmaq, lazim gələrsə onların şəhər klinikalarında yerləşdirilməsi, konsultasiyalar alması və s. işlərin həyata keçirilməsinə xidmət etməlidir. İndiki ambulator poliklinikalarda çalışan terapevt və pediatrlar müəyyən kurs keçəndən sonra bu işi aparmaq imkanı qazanacaqlar. Ailə həkimi institutu insanların sağlamlığının təmin edilməsində və cəmiyyətin sağlam tərzdə inkişafında böyük rol oynayacaq. Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, hər bir ailənin öz həkimi olması və rahat şəkildə tibbi xidmətlərə çıxış əldə etməsinə şərait yaradacaq”.
O, bildirib ki, bu sahədə qanun layihəsi hazırlanarkən daha çox Avropa İttifaqı ölkələrinin, əsasən Fransa və Litvanın, eləcə də Türkiyənin qabaqcıl təcrübəsi öyrənilib.