Ukraynada insanlar minalanmış dənizdə çimirlər - VİDEO 
    
                          
     
                         08.08.2022
 
    
                        					Ukraynanın Odessa şəhərində insanların dəniz sahilində, çimərliklərdə mina xəbərdarlığına məhəl qoymaması müzakirələrə səbəb olub.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda hətta polislərin də oturaraq ətrafda baş verənlərə reaksiya vermədikləri, insanlara xəbərdarlıq etmədikləri görünür.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra xüsusən Odessa şəhərinin limanları minalanıb