02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib

08.08.2022

Avqust 8-də Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, nazir müavinlərinin, Nazirliyin aidiyyəti struktur bölmələrinin və Agentliyin rəhbər şəxslərinin iştirak etdikləri müşavirədə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib, qurumun hesabatına dair təqdimatlar dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. Nazir həlli vacib məsələləri qeyd edərək, müvafiq tapşırıqlarını verib.