02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saatlıda əkilən məhsul sahələrdə məhv olub - VİDEO

08.08.2022

Saatlıda 10 minə yaxın sakinin yaşadığı Qaranuru kəndində vəziyyət artıq kritik həddə çatıb.

Su kanalları quruduğundan əkin sahələri də susuz qalıb. Yaranan problem isə kəndliləri ciddi narahat edir.

Sakinlər bildiriblər ki, nəinki sahələrdə olan kanallarda, hətta kəndlərə gələn əsas suvarma kanallarında da su qıtlığı yaranıb. Sakinlər suvarma üçün şor su kollektorundan istifadə etməyə məcbur qalıblar.

Kəndlilərin sözlərinə görə, bir neçə ay olar ki, kəndə gələn əsas suvarma kanalı tamamilə quruyub. Nəticədə əkilən məhsul sahələrdə susuzluqdan məhv olub.

Sakinlər həm də içməli su çatışmazlığından əziyyət çəkirlər.

Daha ətraflı Baku TV-nin süjetində: