02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda Almaniya səfirliyinin 1-ci katibi qəzaya düşüb

08.08.2022

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

"Qafqazinfo”nun məlumatına görə, Nəsimi rayonu Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi "Mitsubishi” markalı 007-D-015 dövlət qeydiyyat nişanlı avtomobil paytaxt sakini Təranə Məmmədovanın sürdüyü "KİA” markalı maşınla toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, ağır xəsarət alan olmayıb.

İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın "yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub.

Araşdırmalar davam etdirilir.